Batumi Şəhər Məhkəməsi Mzia Amağlobelini 2 il həbs cəzasına məhkum edib
Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelini 2 il həbs cəzasına məhkum edib. Hakim Nino Saxelaşvili qərarı bugünkü iclasda qəbul edib.
Hakim ittihamı təsnif etdi və Mzia Amağlobelini 353-cü maddənin birinci bəndi ilə təqsirli bildi, cəzanın hesablanması yanvarın 12-dən, saxlanıldığı gündən başlayacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə, Baş Polis İdarəsi yaxınlığında aksiya zamanı Mzia Amağlobelini əvvəlcə yanvarın 11-də inzibati qaydada saxlayıblar, sonra imza əsasında sərbəst buraxıblar, daha sonra isə yenidən polisə hücum ittihamı ilə saxlayıblar, bu da 4 ildən 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tuturdu.