Batumi Respublika Xəstəxanasında koronavirusa yoluxan on pasiyentin vəziyyəti kritikdir
Batumi Respublika Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan 212 pasiyentdən 48 pasiyent reanimasiya şöbəsində ağır vəziyyətdədir.
Buradan on pasiyet tənəffüs aparatına qoşulub. Onların vəziyyəti kritik olaraq dəyərləndirilir.
Bununla yanaşı Respublika Xsətəxanasından evə 22 müalicə olunmuş pasiyenti buraxdılar.
“22 pasiyent müalicə olunaraq sağaldı və evə buraxdıq. Bu gün həmin sayda sağalan pasiyentin evə buraxılması planlaşdırılır. Bununla yanaşı pasiyentlərin bir hissəsinin vəziyyəti yaxşılaşdı və kovid-mehmanxanaya keçirdik. Bir növ pasiyentlərin bu cür rotasiyası daimi olaraq edilir, nəticədə klinikada ağır pasiyentlər üçün yerlər azad olunur”, – Klinikanın meneceri, Giya Kikabidze bəyan etdi.