Batumi Respublika Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan 210 pasiyentdən 41 pasiyent reanimasiya şöbəsindədir
Acarada koronavirusa yoluxmanın 447 yeni halı aşkar edildi, 427 pasiyent müalicə olunaraq sağaldı. Bölgədə virusa yoluxanların sayı 5 460-a çatdı.
Bölgədə virus nəticəsində ölüm halları sayı yenə yüksəkdir. Son bir gündə 13 pasiyent vəfat etdi.
“Batumi Respublika Xəstəxanasına yerləşdirilmiş koronavirusa yoluxan 210 pasiyentdən 41 pasiyent reanimasiya şöbəsində müalicə olunur, alti pasiyentin vəziyyəti kritik olaraq ağırdır. Onlar tənəffüs aparatına qoşulublar. Təəssüflər olsun ki, Acaranın müxtəlif xəstəxanasında 13 pasiyent vəfat etdi. Onların vəzittəyi kritik olaraq ağır idi”, – Batumi Respublika Xəstəxanasının meneceri, Giya Kikabidze bəyan etdi.