Batumi Laboratoriyasında yoxlanılan 347 şəxsdən koronavirus heç birində təsdiq olunmadı
Batumi Laboratoriyasında yoxlanılan 347 şəxsdən koronavirus heç birində təsdiq olunmadı

Koronavirus üzrə Batumi Laboratoriyasında ötən gecə 347 şəxsi yoxladılar. Acara Səhiyyə Nazirliyinin məlumatına görə, cavabın hamısı mənfidir.

Qızdırma mərkəzlərinə 36 nəfər yerləşdirilib. Onların cavabı günün sonunda məlum olacaq.

Ümumilikdə, Acarada koronavirus üzrə “PCR” test 18 257 şəxsə edildi.

Karantində 1 005 nəfərdir. İzolasiya məkanını 8 465 insan tərk etdi.