Batumi laboratoriyalarında ötən gecə 623 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı
Batumi laboratoriyalarında ötən gecə 623 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı

Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 623 şəxsi yoxladılar.

Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.

Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 42 pasiyenti yoxlayacaqlar. Onların cavabı günün sonunda məlum olacaq.

Ümumilikdə, Acarada “PCR” testi cəmi 27 287 insana edildi. Bu vaxt üçün, karantində 2 213 insan qalır.

Batumi Respublika Xəstəxanasında virusa yoluxan yeddi pasiyent qalır.