Batumi laboratoriyalarında ötən gecə 352 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı
Batumi laboratoriyalarında ötən gecə 352 şəxsi yoxladılar, heç birində koronavirus təsdiq olunmadı

Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 352 şəxsi yoxladılar. Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.

Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzlərinə yerləşdirilmiş 39 pasiyenti yoxlayacaqlar. Onların cavabı günün sonunda məlum olacaq.

Ümumilikdə, Acarada “PCR” testi cəmi 27 638 insana edildi. Bu vaxt üçün, karantində 2 229 insan qalır.