Batumi İnfeksiya Xəstəxanasına Sarp gömrük məntəgəsindən iki nəfər aparıldı
Batumi İnfeksiya Xəstəxanasına Sarp gömrük məntəgəsindən şübhəli simptomları olan yenə iki nəfər aparıldı.
Acarıstanın Səhiyə Nazirliyinin məlumatına görə, onlar Türkiyədən Gürcüstana qayıdırdılar.
Batumi infeksiya xəstəxanasında bəyan edirlər ki, Batumidən yenə beş nəfərin analiz cavablarını gözləyirlər.
Hazırda yoxlanması gərəkən yeddi nəfər var.