Basketbol üzrə Dünya Çempionatının seçmə oyunu ilə əlaqədar Universitet küçəsində nəqliyyatın hərəkət sxemi dəyişdiriləcək
Basketbol üzrə Dünya Çempionatının seçmə oyunu ilə əlaqədar Universitet küçəsində nəqliyyatın hərəkət sxemi dəyişdiriləcək

Basketbol üzrə Dünya Çempionatının seçmə oyunu ilə əlaqədar iyulun 4-də saat 16:00-dan 22:00-dək Universitet küçəsində nəqliyyatın hərəkət sxemi dəyişdiriləcək və nəqliyyatın hərəkətinə yalnız bir istiqamətdə icazə veriləcək.

Elə onların məlumatına görə, nəqliyyat vasitələri Politkovskaya küçəsindən Tamaraşvili küçəsi istiqamətində hərəkət edə biləcək, Tamaraşvili küçəsindən isə, Universitet küçəsinə dönən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Sürücülər Vaja-Pşavela prospekti və Sandro Euli küçəsindən istifadə edərək Tamaraşvili küçəsindən Universitet küçəsi istiqamətində hərəkət edə biləcəklər.

Universitet küçəsindən Daneliya küçəsi istiqamətində hərəkət etmək mümkün olacaq, Daneliya küçəsindən avtomobillər isə, yalnız Tamaraşvili küçəsi istiqamətində hərəkət edəcək. İctimai nəqliyyata qeyd olunan məhdudiyyətlər aid olmayacaq və müəyyən olunmuş qrafik üzrə hərəkət edəcək.