Basketbol | Gürcüstan Danimarka yığmasını qəbul edəcək – canlı yayım Gürcüstanın Birinci Kanalında #1TVSPORT
Gürcüstanın basketbol üzrə milli komandası dünya çempionatının seçmə mərhələsinin dördüncü oyununu Tbilisidə Danimarka yığmasına qarşı keçirəcək. Görüş saat 20:50-də başlayacaq, canlı yayımı Gürcüstanın Birinci Kanalı, Birinci Kanal Sport və Gürcüstan Radiosu təqdim edəcək.
Bu, ilkin mərhələnin dördüncü oyunu olacaq və qələbə qazanacağı təqdirdə komandamız növbəti mərhələyə vəsiqəni rəsmən təmin edəcək. Dörd komandadan ibarət qrupdan üçü növbəti mərhələyə yüksəlir. Gürcüstan bir qələbə ilə üçüncü pillədədir (səfərdə Danimarkaya qarşı 89:71). Danimarka isə keçirdiyi hər üç oyunda məğlub olub. Bu komandanı ikinci dəfə məğlub edəcəyi halda, Aleksandr Cikiçin baş məşqçisi olduğu komanda Danimarka üçün əlçatmaz olacaq və minimum üçüncü yeri təmin edəcək.
Son iki tur iyulun əvvəlində keçiriləcək və məhz həmin vaxt Gürcüstanın üçüncü yeri tutacağı, yoxsa daha yüksək pillə ilə növbəti mərhələyə yüksələcəyi müəyyənləşəcək. Xatırladaq ki, iyulda Tbilisidə İspaniyanı qəbul edəcəyik, Ukrayna ilə isə səfərdə oynayacağıq. Bu oyunlar üçün Gürcüstan millisinə NBA-də çıxış edən Sandro Mamukelaşvili və Qoqa Bitadze qoşulacaq.
İkinci qrup mərhələsi avqustda başlayacaq – A və B qruplarının hərəsindən üç ən yaxşı komanda altı komandadan ibarət qrup yaradacaq və həmin qrupdan üç yığma dünya çempionatına vəsiqə qazanacaq.

Gürcüstan millisi
Aleksandr Cikiç Danimarka ilə əvvəlki oyundan sonra heyətdə dəyişiklik etməyib.
Duda Sanadze (Mayorka LEB, İspaniya), Mate Xatiyaşvili (Baskoniya, İspaniya), Giorgi Korsantia (Gipuzkoa, İspaniya), Rati Andronikaşvili (Alftanes, İslandiya), Aleksandre Merkviladze (Ostende, Belçika), Tornike Şengeliyya (Barselona, İspaniya), Giorgi Oçxikidze (Batumi), Kaxa Cinçaradze (Kutaisi), Aleksandre Fevadze, Giorgi Turdziladze (hər ikisi TSU), Vili İsiani (Rustavi), Markis Rid (Trabzonspor).
Məşqçi: Aleksandr Cikiç.
Danimarka millisi
Danimarkalılar gənc heyətlə çıxış edirlər. Onlara Avroliqa oyunçuları İfe Lundberq və Şeyvon Şilds kömək edə bilmir.
Adam Heede-Andersen (Svendborq), Dane Erikstrup (Groningen, Niderland), David Kristensen (Zamora, İspaniya), Oqbemudia Uaqboe (Blue Hawks), Qustav Knudsen (Manresa, İspaniya), Conatan Klusman (Paderborn, Almaniya), Kevin Larsen (Alikante, İspaniya), Tobias Jensen (Ulm, Almaniya), Zarko Cukiç (Reykyavik, İslandiya), Maqnus Molqaard (Bakken Bears), Qustav-Dreyer Eriksen (Blue Hawks), Silvester Pedersen (Bakken Bears).
Məşqçi: Alan Foss.