Basketbol | Çempionlar Liqasının dörddəbir finalında “Batumi” İsveçrənin “Fribourg” klubunu məğlub etdi
Gürcüstan çempionu “Batumi” Çempionlar Liqasının təsnifat turnirinə qoşulub. Yarış Bolqarıstanda keçirilir. Dörddəbir finalda Batumi təmsilçisinin rəqibi İsveçrənin “Fribourg” komandası olub.
Matçın əsas hissəsində Batumili basketbolçular liderlik ediblər. Final fitinə 3 dəqiqə qalmış onlar 10 xal fərqi ilə öndə idilər, lakin son dəqiqədə “Fribourg” hesabı bərabərləşdirdi – 83:83. Həlledici xal isə final fitinə 15 saniyə qalmış Qiorqi Oçxikidzenin üçxallıq atışı olub. Gürcüstan çempionu 86:85 hesabı ilə qələbə qazanıb.
“Batumi”nin ən məhsuldar oyunçusu 18 xal toplayan Valdi Zepiri olub, Qiorqi Oçxikidzenin hesabında isə 17 xal və 10 ötürmə var. Karson Başam ikiqat dubl edib – 16 xal, 12 ribaund.
Yarımfinal matçı sentyabrın 18-də keçiriləcək. “Batumi”nin rəqibi Rumıniyanın “Oradea” və Kiprin AEK komandaları arasındakı qarşılaşmanın qalibi olacaq.