“Basiani” və “Qaleri” klublarına hüquqmühafizəçilər daxil oldular.
Bu barədə məlumatı “Basiani” klubunun sahibi Naca Oraşvili yayır.
“İçəridə olan insanları bayıra çıxartdılar, içəridə nə edəcəklərini isə, kimsə bilmir”, – yazır Naca Oraşvili sosiyal şəbəkədə.
Daxili İşlər Naziri məsələ ilə bağlı hələlik şərh vermir.