Başqırdıstan Respublikasında “Wildberries”in logistika obyektinə hücum nəticəsində yanğın baş verib
Rusiyada, Başqırdıstan Respublikasında “Wildberries” şirkətinin logistika obyektinə hava hücumu nəticəsində yanğın baş verib. Şirkətin məlumatına görə, obyektdə məhsullar saxlanılmırdı və əməkdaşlar əvvəlcədən təxliyə edilmişdi.
“Başqırdıstanda hava hücumu nəticəsində şirkətin obyektlərindən birinin yerləşdiyi sənaye zonasında yanğın baş verib. Hadisə yerində yanğınsöndürənlər işləyirlər”, – deyə şirkətin açıqlamasında bildirilib.
BBC-nin məlumatına görə, bu, 18 iyuldan sonra “Wildberries”in anbarlarında baş verən 18-ci yanğındır. Bu müddət ərzində Ukrayna Rusiyanın logistika obyektlərinə hücumlara başlayıb və şirkətin hərbi təyinatlı məhsullar satdığını bildirib.
Bununla yanaşı, hücum barədə Ukrayna tərəfi də məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu gecə saatlarında Ukraynaya 133 dronla hücum edib. Onlardan 111-i vurulub və ya elektron vasitələrlə zərərsizləşdirilib.
Ukrayna hərbçilərinin məlumatına görə, zərbələr 15 yaşayış məntəqəsində qeydə alınıb.
Həmçinin Rusiya qüvvələrinin Odessa vilayətinin İzmayıl rayonundakı liman infrastrukturuna hücum etdiyi, nəticədə obyektlərin zədələndiyi və yanğın baş verdiyi barədə məlumat yayılıb.