Baş prokurorun birinci müavini Qiorqi Badaşvili Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti ilə görüşüb
Baş prokurorun birinci müavini Qiorqi Badaşvili Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaerti ilə görüşüb

 
Gürcüstanın baş prokurorunun birinci müavini Qiorqi Badaşvili Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flaerti ilə görüşüb.

Xüsusi İstintaq Xidmətində İstintaq Prosessual İdarəetmə Departamentinin rəisi Amiran Quluaşvili, Beynəlxalq Münasibətlər və Hüquqi Təminat Departamentinin rəisi İrakli Çilinqaraşvili, İnsan Hüquqlarının Müdafiəsi Departamentinin rəisi Salome Şenqelia və insan hüquqları üzrə komissarın ofisinin nümayəndələri baş prokurorluqda keçirilən görüşdə iştirak ediblər.

İnsan hüquqları üzrə komissarın ofisinin nümayəndələri görüşdə Gürcüstanda son vaxtlar keçirilən aksiyalar zamanı saxlanılmış şəxslərin məhkəmə prosesi ilə maraqlanıblar və bu haqda baş prokurorun birinci müavini Qiorqi Badaşvili geniş məlumat verib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Məlumatı Gürcüstanın Baş Prokurorluğu yayır.