Baş Prokuror vəzifəsinə namizəd olaraq Qiorqi Qvarakidze irəli sürülüb
Prokurorluq Şurasında şuranın prokuror üzvü Şota Tkeşelaşvili Gürcüstanın Baş Prokurorunun birinci müavini Qiorqi Qvarakidzeni Baş Prokuror vəzifəsinə namizəd olaraq irəli sürüb.
Bu məlumatı Prokurorluq Şurası yayıb.
Məlumata görə, Prokurorluq Şurasının iclasında baş prokurorluğa namizəd Qiorqi Qvarakidze ilə müsahibə 18 iyun tarixində keçiriləcək. Müsahibədən sonra şura üzvləri təqdim edilmiş namizədə səs verəcəklər.
“Giorgi Qvarakidze Gürcüstan Prokurorluğunda fəaliyyətə 2003-cü ildə stajor-prokuror kimi başlayıb və illər ərzində müxtəlif vəzifələrdə çalışıb. O, Qərbi Gürcüstan regional prokurorluğunun istintaq şöbəsinin baş müstəntiqi, həmin prokurorluğun müavini və istintaq şöbəsinin rəhbəri, Acarıstan Muxtar Respublikasının prokurorluğunun istintaq şöbəsinin rəhbəri, Kutaisi rayon prokurorunun müavini, Tbilisi prokuroru və digər vəzifələrdə çalışıb.
Bundan əlavə, Qiorqi Qvarakidze Xüsusi İstintaq Xidmətində də xüsusi işlərin istintaq departamentinin rəis müavini və bu xidmətin istintaq departamentinin rəis müavini vəzifələrini tutub.
18 iyun tarixində Prokurorluq Şurasının iclasında baş prokuror vəzifəsinə namizəd Qiorqi Qvarakidze ilə müsahibə keçiriləcək və bundan sonra şura üzvləri onun namizədliyini səsə qoyacaqlar.
Baş Prokuror vəzifəsinə namizədin Gürcüstan Parlamentinə təqdim olunması prosesi 13 iyun tarixində başlayıb.
“Prokurorluq haqqında” Gürcüstanın orqanik qanununa edilmiş dəyişikliklərə əsasən, Prokurorluq Şurasının hər bir üzvünə baş prokuror vəzifəsinə bir namizəd irəli sürmək hüququ verilib. Namizəd Prokurorluq Şurası tərəfindən dəstəklənmiş hesab olunur, əgər ona şura üzvlərinin ümumi tərkibinin əksəriyyəti səs verərsə.
Prokurorluq Şurası dəstəklədiyi baş prokuror vəzifəsinə namizədi əsaslandırılmış formada Gürcüstan Parlamentinə təqdim edəcək,” – deyə Prokurorluq Şurasının yaydığı məlumatda bildirilir.