Baş prokuror Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirib
Baş prokuror Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirib

 

Gürcüstanın baş prokuroru Qiorqi Qvarakidze Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla görüş keçirib.

Tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında mövcud tərəfdaşlığın və sıx ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə Gürcüstan və Ermənistanın müvafiq qurumları arasında mövcud səmərəli əməkdaşlıq və gələcək planlar haqda danışıblar, birgə səylərlə qeyd olunan əməkdaşlığın daha da dərinləşəcəyinə ümid ifadə olunub.

Gürcüstanın baş prokurorunun müavini Amiran Quluaşvili, Hüquqi Təminat və Beynəlxalq Münasibətlər Departamentinin rəisi Qiorqi Mikava və Ermənistan Respublikasının konsulu Eva Aharonyan Baş Prokurorluqda keçirilən görüşdə iştirak ediblər.

Məlumatı Baş Prokurorluq yayır.