Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi
Baş nazirin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi

Baş nazir, İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında İqtisadi Şuranın iclası keçirildi.

Şura üzvləri ölkədə iqtisadiyyatda müşahidə olunan müsbət tendensiyaları müzakirə etdilər. İkirəqəmli iqtisadi artımın ölkə iqtisadiyyatının inkişafına müsbət təsiri vurğulandı. Qeyd olundu ki, yüksək iqtisadi artımın saxlanılması Gürcüstan hökumətinin prioritet vəzifəsidir və bütün müvafiq idarələr bu istiqamətdə fəal işləyirlər.

Görüşdə enerji təhlükəsizliyi istiqamətində Avropa və Asiya ölkələri ilə əməkdaşlıq məsələləri də müzakirə olundu. İqtisadi Şuranın iclasında ölkədə cari və planlaşdırılan enerji layihələri müzakirə edildi.

2023-cü il büdcəsinin əsas istiqamətlərinə də toxunuldu. Baş nazir qeyd etdi ki, 2022-ci ildə nail olunan ikirəqəmli iqtisadi artım hökumətə bir çox istiqamətlərdə maliyyələşməni artırmağa, büdcə defisitini və dövlət borcunu azaltmağa imkan verdi.

Məlumartı hökumət administrasiyasının mətbuat xidməti yayır.