Baş nazirin hesabatı - 2026-cı ilin mart ayına olan vəziyyətə əsasən, Gürcüstanda yaşayış müavinəti alan şəxslərin sayı 670 minə yaxındır
Baş nazirin hesabatı - 2026-cı ilin mart ayına olan vəziyyətə əsasən, Gürcüstanda yaşayış müavinəti alan şəxslərin sayı 670 minə yaxındır

 

2026-cı ilin mart ayına olan vəziyyətə əsasən, Gürcüstanda yaşayış müavinəti alan şəxslərin sayı 670 minə yaxındır – bu haqda baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında qeyd olunub.

Sənəddə qeyd olunub ki, 670 minə yaxın şəxsdən uşaq benefiti ilə 233 880-ə qədər uşaq yararlanır.

“2026-cı ildən sosial müdafiəyə ehtiyacı olan ailələrin məlumat bazasında qeydiyyata alınmış ailələrin əvvəlcədən hazırlanmış və məqsədi dövlət resurslarının real olaraq bu yardıma həqiqətən ehtiyacı olan insanlara istifadə olunmasına xidmət edən meyarlara uyğun olaraq yoxlanılması prosesinə aktiv şəkildə başlanılıb” – hesabatda deyilir.