Baş nazirin qərarına əsasən, Davit Verava Sameqrelo-Zemo Svaneti üzrə dövlət müvəkkili təyin edilib
Baş nazirin qərarına əsasən, Davit Verava Sameqrelo-Zemo Svaneti üzrə dövlət müvəkkili təyin edilib

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən, Davit Verava Sameqrelo-Zemo Svaneti üzrə dövlət müvəkkili təyin edilib.

Məlumatı Gürcüstan hökuməti yayır.

Onların məlumatına əsasən, Davit Verava Sameqrelo-Zemo Svaneti üzrə dövlət müvəkkilinin müavini vəzifəsini tuturdu. O, müxtəlif vaxtlarda Gürcüstanın Milli Bankının Sameqrelo-Zemo Svaneti regional filialının idarəçisi, eləcə də Zuqdidi Sakrebulosunun üzvü olub.