Baş nazirin qərarına əsasən, bütün Gürcüstandan Ukrayna xalqına kömək üçün 100 tondan çox humanitar yardım toplanıb.
Gürcüstanın baş nazirinin qərarına əsasən, regionun dövlət nümayəndəsi və Regionlarla Əlaqələr Departamentinin cəlb edilməsi ilə Ukrayna xalqına kömək məqsədilə bütün Gürcüstan üzrə 100 tondan çox humanitar yardım toplanıb.
Onların sözlərinə görə, Şərqi Gürcüstanın bələdiyyələrində toplanan humanitar yüklər Tbilisidə, Qərbdən gələn yüklər isə Poti terminalında saxlanılıb. Koordinasiya prosesinə Tbilisidəki Regional Əlaqələr Departamentinin rəhbər müavini Merab Qamkrelidze və Sameqrelo-Zemo Svanetinin Potidəki dövlət nümayəndəsi Qiorq Ququçia rəhbərlik ediblər.
“Humanitar yüklər tez xarab olmayan məhsullar, ilkin tələbat malları, tibbi əşyalar və dərmanlardan ibarətdir. Özəl və mülki sektor dövlət qurumları ilə birlikdə yüklərin səfərbər olunması prosesində fəal iştirak edir”, – Baş nazirin mətbuat xidmətindən bildiriblər.
Onların sözlərinə görə, Gürcüstanın hər yerindən toplanan humanitar yardım sabah Ukraynaya göndəriləcək