Baş nazirin qərarı ilə yağan güclü qarın əhaliyə vurduğu ziyanı öyrənmək üçün xüsusi komissiya yaradılıb
Yağan güclü qar nəticəsində əhaliyə dəymiş ziyanı öyrənmək üçün xüsusi komissiya işləyəcək – müvafiq qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze qəbul edib.
Komissiya yağan güclü qarın səbəb olduğu ziyanı ətraflı öyrənəcək, bundan sonra da müvafiq qərarlar qəbul ediləcək. Yağan güclü qar nəticəsində zərər görmüş evləri dövlət bərpa edəcək, evi təmir oluna bilməyən vətəndaşları isə alternativ yaşayış yeri ilə təmin edəcək.
Zərər görmüş dam örtüklərinin təmirinə və kiçik infrastruktur işlərinə dərhal başlanacaq və qısa müddətdə işlər yerinə yetiriləcək.