Baş nazirin əmrinə əsasən, güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə Müdafiə Qüvvələri qoşulacaq
Baş nazirin əmrinə əsasən, güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə Müdafiə Qüvvələri qoşulacaq

 
Qərbi Gürcüstanda güclü qar yağması nəticəsində zərər çəkmiş əhaliyə yardım göstərilməsi prosesinə Müdafiə Qüvvələri qoşulacaq.

Hökumət Administrasiyasının məlumatına əsasən, müvafiq əmri Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib.

“Əlverişsiz hava şəraitinə görə yaranmış çağırışları aradan qaldırmaq üçün yerli hakimiyyət nümayəndələri və müvafiq xidmətlər əhalinin ehtiyaclarının maksimal olaraq ən qısa müddətdə qarşılanması üçün fövqəladə rejimdə işləyirlər” – Hökumət Administrasiyası tərəfindən yayılmış bəyanatda qeyd olunub.