Baş nazir və hökumət nümayəndələri Şovidə faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər
Baş nazir və hökumət nümayəndələri Şovidə faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər

Gürcüstanın baş naziri İrakli Kobaxidze və hökumət nümayəndələri Şovidə faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Baş nazirlə yanaşı, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və yerli hökumət nümayəndələri faciə yerindədirlər.

Şovi faciəsindən bir il ötür. Ötən il avqustun 3-də sürüşmə nəticəsində 33 nəfər həlak olub, onlardan 32-nin meyiti tapılıb.