Baş nazir Şkmeri-Mravaldzali yolunun tikinti prosesi ilə tanış olub

12:18, 04.08.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze infrastruktur naziri Revaz Soxadze ilə birlikdə Oni Bələdiyyəsində Avtomobil Yolları Departamenti tərəfindən həyata keçirilən yerli əhəmiyyətli Şkmeri-Mravaldzali avtomobil yolunun tikinti işləri ilə tanış olub.

Bu mərhələdə layihə çərçivəsində hazırlıq və səfərbərlik işləri aparılır, bundan sonra da yolun tikintisinə başlanılacaq.

Baş nazir infrastruktur layihəsinin region üçün əhəmiyyətini vurğulayıb və qeyd edib ki, onun reallaşdırılması həm yerli əhalinin, həm də turistlərin təhlükəsiz və rahat hərəkətinə kömək edəcək. İrakli Kobaxidze, həmçinin Mravaldzalidə unikal kurortun inkişaf etdirilməsi planına diqqət yönəldib.

“Şkmeri-Mravaldzali yolunun 9,5 kilometrlik hissəsi Şkmeridən Mravaldzaliyə gediş-gəlişi əhəmiyyətli dərəcədə sürətləndirəcək. Mravaldzalinin inkişafı ilə bağlı ciddi planlarımız var. Mravaldzali ən yüksək standartlara cavab verən kurort məkanının qurulması üçün unikal yerdir. İqtisadiyyat Nazirliyi bunun üzərində fəal çalışır, avstriyalı tərəfdaşlarla müvafiq baş planın hazırlanması üzərində işləyirik və əlbətdə, bunun üçün yolun tikintisi böyük əhəmiyyət kəsb edir. Yol işləri təxminən iki ilə bitəcək” – İrakli Kobaxidze qeyd edib.

Oxşar