Baş nazir "Skillwill" peşə kollecinin açılışını edib
Baş nazir "Skillwill" peşə kollecinin açılışını edib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisinin meri Kaxa Kaladze və təhsil, elm və gənclik naziri Qivi Mikanadze ilə birlikdə “Skillwill” peşə kollecinin açılışını edib. Hökumət başçısı kollecin infrastrukturuna baxış keçirib.

Layihə dünya səviyyəli maliyyə-texnoloji platforma “Tether”in 18 milyon dollarlıq birgə investisiyası ilə həyata keçirilir.

Həmçinin, baş nazir “Skillwill”in təsisçisi və icraçı direktoru Qiorqi Mariamidzenin keçirdiyi kollecin inkişaf planının təqdimatında iştirak edib. “Skillwill” ölkə miqyasında 12 kollec açmağı planlaşdırır, burada gənclər süni intellekt, blokçeyn texnologiyaları və məlumat mühəndisliyi kimi strateji sahələrə yiyələnmək imkanı əldə edəcəklər.

“Skillwill” kolleci 1350 tələbənin təhsil aldığı Tbilisi və Batumidə fəaliyyət göstərir. Tədris prosesi 5 əsas istiqamətdə aparılır, bu da proqram təminatının inkişafı və kompüter şəbəkələrini əhatə edir.