Baş nazir, prezident, Parlamentin sədri, icraedici və qanunverici orqanları nümayəndələri Sameba Məbədində Milad Bayramı ibadətində iştirak etdilər
Sameba Kafedral Məbədində Milad liturgiyası keçirildi. İbadət dua mərəsimini Gürcüstanın Katalikos Patriarxı, Pak və Müqəddəs İkinci İliya Senaki və Çğorotsğu mitropoliti Şio Muciri, Müqəddəs Sinodun üzvləri və möminlərlə birlikdə yerinə yetirdi.
Milad liturgiyasından əvvək, Sameba Məbədinə toplaşanları Patriarxın Milad məktubu ilə tanış etdilər.
Milad Bayramı ibadətində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, icra və qanunvericilik orqanlarının nümayəndələri iştirak etdilər





