Baş nazir müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edir

19:57, 27.05.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasını Qurban Bayramı münasibətilə təbrik edir.

Baş nazirin qeyd etdiyi kimi, müsəlmanlarla çoxəsrlik birgəyaşayış, bir-birinin adət-ənənələrinə və mədəniyyətinə hörmət Gürcüstanın güclü gələcəyinin üzərində qurulduğu xəzinədir.

“Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı dəstək və ümid bayramı olan Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bizim çoxəsrlik qardaşcasına birgəyaşayışımız, bir-birimizin adət-ənənələrinə və mədəniyyətinə hörmətimiz hər birimizin qürur duyduğu və ölkəmizin güclü gələcəyinin üzərində qurulduğu xəzinədir.
Bu gün ailələrinizdə hökm sürən bayram əhval-ruhiyyəsinə mən də qoşulur, hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram” — baş nazir qeyd edir.

Oxşar