Baş nazir Meksika Birləşmiş Ştatlarında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Nataliya Kordzaya ilə görüşüb

13:36, 05.08.2026

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Meksika Birləşmiş Ştatlarında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Nataliya Kordzaya ilə görüşüb.
Gürcüstan hökuməti administrasiyasının məlumatına görə, hökumət başçısı səfirə vəzifəyə təyin olunması münasibətilə təbriklərini çatdırıb və gələcək fəaliyyətində uğurlar arzulayıb.
“Nataliya Kordzayanın uzun illər diplomatik fəaliyyət təcrübəsi var. O, 2023-cü ildən Milanda Gürcüstanın baş konsulu vəzifəsində çalışıb. İllər ərzində Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və Gürcüstanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. İsrail Dövləti, Kanada və İtaliyada konsul vəzifəsində çalışıb. Həmçinin müxtəlif dövrlərdə Xarici İşlər və Ədliyyə nazirliklərində idarə rəisi vəzifəsini tutub”, – deyə məlumatda qeyd olunur.

Oxşar