Baş nazir Kocori-Tabaxmela döyüşlərində həlak olan qəhrəmanların xatirəsini yad etdi
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Müdafiə naziri, Cuanşer Burçuladze ilə birlikdə 1921-ci ilin fevralında Gürcüstanın müstəqilliyi uğrunda gedən döyüşlərdə həlak olan döyüşçülərin xatirəsini ehtiramla yad etdi.
Hökumət başçısı və Müdafiə naziri qəhrəmanlar memorilını əklillə bəzədilər.
İşğal Günü münasibəti ilə General Giorgi Kvinitadze adına Kadet Hərbi Liseyinin kursantları köhnə kursant geyimində İlk Respublikanın və dövlətin bayraqları ilə yürüş etdilər və abidəni gül-çiçəklə bəzədilər.
Rəmzi olaraq 1918-1921-ci illərdə İlk Gürcüstan Demokratik Respublikasının Milli Qvardiyanın hərbi trek orkestri tərəfindən bərpa edilmiş hərbi marşı zamanı səsləndirildi.