Baş nazir klinikaların rəhbərləri ilə vaksinasiyanın genişləndirilməsi tədbirləri barəsində müzakirə apardı
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Səhiyyə naziri, Ekaterine Tİkaradze ilə birlikdə Gürcüstan miqyası ilə fəaliyyətdə olan klinikaların rəhbərləri ilə görüşdü.
İrakli Ğaribaşvili klinika rəhbərlərini koordinasiya şurası tərəfindən qəbul olunan yeni qərarla tanış etdi. Qərara əsasən bir iyuldan hərəkətə olan məhdudiyyət ləğv olunur və bu gündən, açıq məkanlarda maskanın gəzdirilməsi məcbur olmayacaq.
Hökumət başçısı klinika rəhbərlərindən vaksinasiya prosesi barəsindən təfərrüatlı məlumat dinlədi.
Bşa nazir və klinika rəhbərləri vaksinasiya prosesinin genişləndirilməsi və daha da effektli aparılması üçün lazım olan tədbirlər barəsində müzakirə apardılar.
Hökumət başçısı qeyd etdi ki, Gürcüstan miqyası ilə böyük şəhərlərdə vaksinasiya mərkəzlərinin səfərbərliyi planlaşdırılır və prosesə yerli hakimiyyət nümayəndələri də qoşulacalar.
Bşa nazir və klinika rəhbərləri vaksinlərin əlavə dozalarının vaxtləri barisəndə müzakirə apardılar. Baş nazir qeyd etdi ki, iki həftəyə vaksinin milyon dozası gələcək və ilin sonuna kimi, Gürcüstanda ümumilikdə 3.6 milyondan artıq vaksin səfərbər olunacaq.