Baş nazir İrakli Kobaxidze hökumət proqramının icrası barədə məruzə ilə parlamentə iyunun 27-də müraciət edəcək
Baş nazir İrakli Kobaxidze hökumət proqramının icrası barədə məruzə ilə parlamentə iyunun 27-də müraciət edəcək

 

Baş nazir İrakli Kobaxidze hökumət proqramının icrası barədə məruzə ilə parlamentə iyunun 27-də müraciət edəcək. Sənəd bu gün yazılı formada büronun iclasına təqdim olunub.

Büronun iclasında vitse-spiker Nino Tsilosani qanunverici orqanın iyunun 27-də baş naziri dinləyəcəyini bildirib.

Reqlamentə əsasən, baş nazir ildə bir dəfə, yaz sessiyasının plenar iclaslarının son ayında parlamentə hökumət proqramının icrası barədə məruzə təqdim etməyə borcludur.

İrakli Kobaxidze parlamentə keçən il iyunun 28-də müraciət edib.