Baş nazir İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb
Baş nazir İrakli Kobaxidze Gürcüstandakı Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Hökumət Administrasiyasının məlumatına görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.
Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə hökumət başçısının Azərbaycana rəsmi səfəri zamanı imzalanmış sazişlərin strateji əhəmiyyəti xüsusi qeyd olunub.