Baş nazir əhalini "Vlakernoba" bayramı münasibəti ilə təbrik etdi
Baş nazir əhalini "Vlakernoba" bayramı münasibəti ilə təbrik etdi

Gürcüstanın baş naziri, Mamuka Baxtadze əhalini “Vlakernoba” bayramı münasibəti ilə təbrik etdi.

Hökumət başçısı, bu gün Zuqdididə İveriya Məryam Ana Kafedral məbədində bayram ibadət-dua marəsimində iştirak etdi.

“Mənim üçün, bu gün sizinlə birlikdə olmağım xüsusi sevincdir. Bütün xristianları, bütün pravoslavları bu günki gün münasibəti ilə təbrik etmək istəyirəm. Zuqdidi və Sameqrelo əhalisini, xüsusi ilə də Abxaziyadan olan əhalini təbrik edirəm”, – Mamuka Baxtadze qeyd etdi.

Hökumət başçısı bayram ibadət-dua marəsimində Daxili İşlər və Müdafiə nazirləri ilə birlikdə iştirak etdi.

“Vlakernoba” bayramının qeyd olunması 1990-cı ildən, Bütün Gürcüstanın Kalikos-Patriarxının xeyir duası ilə bərpa olundu.