Baş nazir - DTX və DİN əməkdaşlarına minnətdarlığımı bildirirəm, onların qəhramanlığı nəticəsində vəziyyət neytrallaşdırıldı
Baş nazir - DTX və DİN əməkdaşlarına minnətdarlığımı bildirirəm, onların qəhramanlığı nəticəsində vəziyyət neytrallaşdırıldı

DTX və DİN əməkdaşlarına minnətdaqlığımı bildirirəm, onların qəhramanlığı nəticəsində vəziyyət neytrallaşdırıldı, – bu barədə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili jurnalistlərə Tbilisi Referal Hospitalında bəyan etdi. Buraya o, xüsusi əməliyyat zamanı yaralanan hüquqmühafizəçiləri ziyarət etmək üçün getmişdi.

Baş nazir həlak olan xüsusi dəstə üzvünün ailəsinə baş sağlığı verdi.

“Təəssüf ki, tələfat var –  xüsusi dəstənin bir üzvü həlak oldu. Onun ailəsinə baş sağlığı vermək istəyirəm. Bu insan həqiqi qəhramandır. O biri uşaqlar isə müalicə olunurlar. Bildiyiniz kimi üç yaralı var. Onlara tezliklə sağalmağı arzulayıram.

Hər kəsə minnətdarlığımı bildirirəm – xüsusi dəstə üzvlərinə, necə DTX, eləcədə DİN əməkdaşlarına. Onların qəhramanlığı nəticəsində vəziyyət neytrallaşdırıldı”, – Baş nazir bəyan etdi.