Baş nazir diplomatik korpusunu Yeni İl ziyafətinə qəbul etdi

10:52, 19.12.2021

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Gürcüstanda akkreditə olunmuş səfirləri və beynəlxalq təşkilatların nümayəndələrini Yeni İl ziyafətinə qəbul etdi. Məlumatı hökumət administrasiyası yayır.

Hökumət başçısı Gürcüstan və gürcü xalqı dostluğuna görə diplomatik korpusa təşəkkürünü bildirdi.

İrakli Ğaribaşvili qeyd etdi ki, Gürcüstan hökuməti o cümlədən pandemiya zamanı da daxil olmaqla, dost dövlətlərin və diplomatların dəstəyini yüksək qiymətləndirir.

“Hökumətim və gürcü xalqı adından ölkəmiz və xalqımız üçün etdiyiniz hər şeyə görə, sizə təşəkkür edirəm”, – hökumət başçısı diplomatlara müraciət etdi.

Rəsmi qəbulda Gürcüstan hökumətinin üzvləri iştirak edirdilər.

Oxşar