Baş nazir Mamuka Baxtadze və Ədliyyə Naziri Tea Tsulukiani Siğnaği munisipalitetinin Tsnori şəhərində ictimai mərkəz açdılar, – bu barədə məlumatı açılış yerində olan, Birinci Kanalın jurnalisti verir.
Baş nazir və Ədliyyə Naziri əhaliyə nitqlə müraciət edərək, onları yeni ictimai mərkəzin açılması münasibəti ilə təbrik etdil’r.
Tsnori İctimai Mərkəzi şəhərə yaxın olan 13 kəndə və 30 000-ə qədər insana xidmət edəcək.
Həmçinin, baş nazirin mətbuat xidmətinin məlumatına görə, Tsnori ictimai mərkəzində özəl şirkətlərin filialları yerləşir və həmçinin, pensionerlər öz pensiyalarını şəhərdən çıxmadan yerindəcə ala biləcəklər.
İctimai mərkəzdə gənclər üçün kitabxana, kabelsiz internet və “Skype” var.
Hazırda, ölkə miqyasında, Tsnori mərkəzindən başqa müasir standartlara uyğun olan 57 ictimai mərkəz fəaliyyət göstərir.