Baş nazir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi ilə görüşdü
Baş nazir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi, Caqan Çapaqian ilə görüşdü.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət administrasiyasında keçirilən görüşdə söhbət Gürcüstan hökuməti və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının effektli əməkdaşlığına aid oldu.

Elə onların məlumatına görə, baş nazir qeyd etdi ki, hökumət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Gürcüstanda, daha dəqiq olaraq Rustavi şəhərində, bölgə əhəmiyyətli logistik habın tikintisi barəsində qərarını alqışlayır.

Hökumət başçısı COVID-19-un təsirlərinin aradan qaldırılmasında təşkilatın göstərdiyi dəstəyə görə baş katibə təşəkkürünü bildirdi. Əməkdaşlığın daha da gücləndirilməsi üçün ikitərəfli hazırlıq ifadə olundu.

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət, təhlükəsizlik və humanitar çətinliklər müzakirə olundu. Beynəlxalq təhlükəsizlik mexanizmlərinin əhəmiyyəti və yerində insan hüquqlarının qorunmasının zəruriliyi vurğulandı. Qeyd olundu ki, Gürcüstan hökuməti münaqişənin sülh yolu ilə həlli siyasətini davam etdirir. Bu kontekstdə “deokupasiya və münaqişələrin sülh yolu ilə həlli üzrə dövlət Strategiyasından”, eləcə də “daha yaxşı gələcəyə doğru addım” sülh təşəbbüsündən söhbət edildi, bu təşəbbüsün məqsədi işğal olunmuş ərazilərdə yaşayan insanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, münaqişədən təsirlənmiş icmalar arasında etimadı bərpa etməkdir. Görüşdə Gürcüstanın Qırmızı Xaç təşkilatının prezidenti, Natiya Loladze iştirak edirdi.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.