Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə yenilənmiş 7 saylı ictimai məktəbdə olub. Acaranın təhsil və idman naziri Maia Xacişvili baş nazirə məktəbdə aparılan bərpa işləri barədə məlumat verib.
İctimai məktəbin reabilitasiya layihəsi çərçivəsində binanın konstruktiv hissəsinin bərkidilməsi, həmçinin məktəbin tam daxili reabilitasiyası işləri aparılıb.
Sinif otaqları, dəhlizlər, sanitar qovşaqlar, kitabxana, idman zalı təmir olunub, lift quraşdırılıb. Həmçinin, ətraf ərazi də abadlaşdırılıb.
Məktəb 1300 şagird üçün nəzərdə tutulub. Layihənin dəyəri 5 047 000 laridir.