Baş Müfəttişlik xidməti səlahiyyətindən sui-istifadə etmək ittihamı ilə Mühafizə Polisi Departamentinin əməkdaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları xidməti səlahiyyətindən sui-istifadə etmək ittihamı ilə hakimin hökmü əsasında 1985-ci il təvəllüdlü R.Ç.-ni saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaqla Mühafizə Polisi Departamentinin şöbələrindən birinin rəisinin iri ölçülü yüklərin mühafizəsi və yola salınmasını həyata keçirərkən vəzifə səlahiyyətindən sui-istifadə etdiyi müəyyən edilib. Xüsusilə, təqsirləndirilən şəxs xidmətdə müvafiq sənədləri tərtib edən şəxsə yükün hərəkət marşrutu və kilometrajı haqqında yalan məlumat verib.
“Qeyd olunanlardan irəli gələrək, rəsmi aktda sifarişçinin xeyrinə daha az kilometraj qeyd edib, bununla da dövlətin qanuni maraqları əhəmiyyətli dərəcədə pozulub. Baş Müfəttişliyin əməkdaşları aparılmış istintaq hərəkətləri nəticəsində R.Ç.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar. İstintaq Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə aparılır, bu isə 3 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.