Bart de Viver Belçikanın baş naziri oldu
Belçikanın yeni baş naziri seçilib. Seçkilərdən demək olar ki, səkkiz ay sonra “Yeni Flamand Alyansı”nın lideri Bart de Viver və onun tərəfindən komplektləşdirilmiş gələcək nazirlər kabineti Kral Filipin qarşısında and içib.
Yeni hökumətə etimad səsverməsi isə ehtimal ki, cümə axşamı keçiriləcək, bundan sonra da yeni koalisiya rəsmən yaradılacaq.
Belçikada parlament seçkiləri keçən ilin iyununda keçirilib. İyul ayından bəri Bart de Viver beş partiyalı koalisiya yaratmaq üçün danışıqlar aparırdı. Nəhayət, yanvarın 31-də razılıq əldə olundu.