Barselonada havanın rekord həddə yüksək temperaturu qeydə alınıb. Meşə yanğınları riskinin yüksək olması səbəbindən fövqəladə vəziyyətin yüksək səviyyəsi elan edilib

14:44, 09.07.2026

Barselonada havanın rekord həddə yüksək temperaturu qeydə alınıb. Bu barədə “Euronews” məlumat yayıb.

Medianın məlumatına görə, İspaniyada yeni isti hava dalğası müşahidə olunur. Havanın temperaturu 40,5 dərəcəyə çatır ki, bu da ölkə tarixində ən yüksək göstərici hesab olunur.

Hakimiyyət orqanları meşə yanğınları riskinin yüksək olması səbəbindən Barselonada fövqəladə vəziyyətin yüksək səviyyəsini elan edib.

Sinoptiklərin məlumatına görə, yüksək temperatur ən azı daha üç gün davam edəcək.

Oxşar