Barselona limanında partlayış nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb
Barselona limanında partlayış nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Fövqəladə xidmətlərin məlumatına əsasən, partlayış texniki dəstək işləri zamanı kimyəvi maddələrin, təbii qazın və neft məhsullarının yükləndiyi dırnaqarası enerji limanında baş verib. Sözügedən rayonda şirkətlərə təhlükəsizlik məqsədilə işçilərini çıxarmaq tapşırılıb.
Fövqəladə xidmətlərin məlumatına əsasən, hazırda yanğın lokallaşdırılıb.