Barnov küçəsində törədilən qətldə ittiham edilən şəxsin əfv edilməsi ilə bağlı prezident bəyanat verəcək
Barnov küçəsində törədilən qətldə ittiham edilən şəxsin əfv edilməsi ilə bağlı prezident bəyanat verəcək

Gürcüstan prezidenti və əvf komisiyasının sədri sabah xüsusi bəyanat verəcəklər.

Bu barədə məlumat Birinci Kanala prezident administrasiyasından verildi.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, bəyanat Barnov küçəsində uşaqlarının gözlərinin qabağında, gənc qadını qəddarca boğazlamaqla ittiham edilən şəxsin, bir neçə ay bundan əvvəl prezident amnistiyası əsasında həbsdən çıxması ilə bağlı olacaq.

Xatırladaq ki, aprelin 13-də, Barnov küçəsində, iki uşaq anası olan gənc qadın ölü tapıldı.

Onu qətlə yetirməklə ittiham edilən şəxs sabiq atalığıdır.

İttiham edilən şəxs hadisə yerindən qaçmışdı və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı dünən həbs edildi.