Barnov küçəsində törədilən qətldə ittiham olunanın əfv edilməsi barəsində prezident bəyanat verəcək
Gürcüstan prezidenti və Əfv Kommisiyasının sədri bu gün fövqəladə bəyanat verəcəklər, – bu barədə Birinci Kanala Prezident Administrasiyasından bildirdilər.
Mətbuat Xidmətinin məlumatına görə, bəyanat Barnov küçəsində baş verən qətlə aid olacaq. Qətldə ittiham olunan V.B. cəzasını ailə zoraklığına görə çəkirdi və DİN-in məlumatına görə, həbsxanananı prezidentin əfvi ilə bir neçə ay bunan əvvəl tərk etdi.
Qətl Tbilisidə, Barnov küçəsində aprelin 13-də baş verdi. Keçmiş atalığı gənc qadına, azyaşlı uşaqları gözü önündə, boğaz nahiyyəsinə ölümcül zərbə yetirdi.
Daxili İşlər Nazirliyi gənc qadının qətlində ittiham olunanı aprelin 14-də yaxaladı. Yaxalanın ittihamı dünən ağırlaşdırıldı. Bu gün isə, Prokurorluq qətimkan tədbirinin seçilməsi barəsində məhkəməyə müraciət edəcək.
Vepxiya Bakradzeni, ittihamın təsdiq olunduğu təqdirində, 16-dan 20-dək, və ya ömürlük həbs cəzası gözləyir
İnsidentə qədər bir neçə saat əvvəl, Tako Qamrekelaşvili anası ilə birlikdə, atalığı tərəfindən hədə və təziq barəsində polisə ərizə daxil etdi.
DİN-in məlumatına görə, qətldə ittiham olunan, ailə zoraklığına görə əvvələr mühakimə olunub və həbsxanananı prezidentin əfvi ilə bir neçə ay bunan əvvəl tərk edib.