Barnov küçəsində qətl törətməkdə ittiham edilən şəxs həbs edildi - Xüsusi əməliyyatın videokadrları
Daxili İşlər Nazirliyi Tbilisidə, Barnov küçəsində gənc qadını qətl etməkdə ittiham edilən şəxsi həbs etdi.
Bu barədə bəyanatı Daxili İşlər Nazirinin müavini Natia Mezvirişvili bugün keçirdiyi brifinqdə verdi.
Qətl törətməkdə ittiham edilən şəxs cinayət yerindən qaçmışdı və polis onu bugün tapdı.
Tbilisidə, Barnov küçəsində gənc qadını təqribən saat 18:30-da ölü tapdılar.
Cinayətdə ittiham edilən şəxs gənc qızın atalığıdır.
Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə davam edir.