Barnov küçəsində baş verən qətl haqqında polisə xəbər verməmək ittihamı ilə bir nəfər həbs edildi
Daxili İşlər Nazirliyi Tbilisidə, Barnov küçəsində baş verən qətl cinayəti haqqında polisə xəbəbr verməmək suçu ilə bir nəfəri həbs etdi.
İdarənin məlumatına görə, Tbilisi polis departamentinin əməkdaşları, keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində, cinayətdən xəbərdar olan, ancaq polisə bildirməyən 1968-ci il təvəllüdlü şəxsi həbs etdilər.
Qeyd olunan cinayət 2-dən 4 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyi Tbilisidə, Barnov küçəsində gənc qadını qətl etməkdə ittiham edilən şəxsi dünən həbs etdi. İttiham edilən şəxs cinayət yerindən qaçmışdı və polis onu dünən tapdı.
Tbilisidə, Barnov küçəsində gənc qadını aprelin 13-də təqribən saat 18:30-da ölü tapdılar.
Cinayətdə ittiham edilən şəxs gənc qızın atalığıdır.
Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə davam edir.