Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparatı bloqer Daur Buavanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə Gürcüstan dövlət nazirinin aparatı gənc bloqer Daur Buavanın vəfatı ilə əlaqədar dərin hüznünü ifadə edib.
“Gürcü-Abxaz cəmiyyətlərinin nümayəndələri arasında barışıq və sülh quruculuğu istiqamətində göstərdiyi şəxsi səylərə və fəal sülhməramlı fəaliyyətinə görə Daur Buava dövlət nazirinin aparatının təşəbbüsü ilə təsis edilmiş “Gənclər üçün Sülh Mükafatı”nın seçilən qaliblərindən biri olub.
Daur Buavanın ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə dövlət nazirinin aparatının başsağlığı mesajında bildirilir.
Qeyd edək ki, bloqer Daur Buavanın meyiti avqustun 28-də yaşadığı evdə aşkarlanıb.