Barak Obama – Ağ Ev Putinin qarşısında diz çökür, azadlıq və demokratiya uğrunda mübarizə aparan ukraynalıları satır
ABŞ-nin sabiq prezidenti Barak Obama Donald Tramp administrasiyasını Rusiyanın qarşısında “diz çökməkdə” günahlandırıb.
“Kanada kimi müttəfiqlərimizdən uzaqlaşdığımız bir vaxtda Ağ Ev Putinin qarşısında diz çökür, azadlıq və demokratiya uğrunda mübarizə aparan ukraynalıları satır” – Obama qeyd edib.
Bununla yanaşı, Barak Obamanın bəyanatına əsasən, müharibəni Tramp administrasiyasının özü seçib və tarifləri də öz seçimləri ilə tətbiq ediblər. Obamanın izahına əsasən, qiymətlərin artmasının və benzinin bahalaşmasının səbəbi də məhz budur.
ABŞ-nin sabiq prezidenti Trampı İrana hücum etdiyinə görə tənqid edib. O, İranın nüvə silahının olmadığını, nüvə proqramının isə məhdudlaşdırılmış olduğunu bildirib.
“Mən İranın nüvə silahı yaratmasını məhdudlaşdıran saziş hazırladım. Raket buraxmağıma ehtiyac qalmadı, diplomatiyaya müraciət etdim” – Obama bildirib.