Banqladeşdə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 27-yə yüksəlib
Banqladeşdə Hərbi Hava Qüvvələrinin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 27-yə çatıb.
88-dən çox insan xəsarət alıb, onların arasında uşaqlar da var.
Hadisənin səbəbləri ilə bağlı istintaq aparılır.
Banqladeşdə dünən təlim zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə məktəb ərazisinə düşüb və nəticədə güclü yanğın baş verib.