Baltik dənizi üzərində rus kəşfiyyat təyyarəsinin görünməsinə cavab olaraq İsveç və Almaniya aviasiyası hərəkətə keçib
Baltik dənizi üzərində rus kəşfiyyat təyyarəsinin görünməsinə cavab olaraq İsveç və Almaniya aviasiyası hərəkətə keçib.
“Associated Press”in yazdığı kimi, insident sentyabrın 21-də baş verib.
Rusiyanın “İl-20” tipli təyyarəsi Baltik dənizinin hava məkanında transponderi söndürülmüş vəziyyətdə və əvvəlcədən uçuş planı təqdim etmədən hərəkət edirdi. Bu səbəbdən, rus təyyarəsinin tanınması və uçuşunun izlənməsi məqsədilə iki İsveç və iki alman qırıcı təyyarəsi səfərbər olundu.
İsveç Hərbi Hava Qüvvələrində beynəlxalq hava məkanında hərəkət etdiklərini bəyan ediblər.
Məlumat üçün bildirək ki, sentyabrın 19-da Estoniyanın Xarici İşlər Nazirliyində 3 rus qırıcı təyyarəsinin ölkənin hava məkanını pozmasını bildiriblər. Avropa ölkələrinin bir hissəsi hadisəni Rusiya tərəfindən qəsdən törədilmiş təxribat adlandırıb. Estoniyanın Baş naziri isə NATO Nizamnaməsinin 4-cü maddəsinin təşəbbüsünü qaldırıb və müttəfiqlərlə məsləhətləşmələr aparıb.