Bali adası yaxınlığında bərə batıb, 4 nəfər həlak olub və 30 nəfər itkin düşüb
İndoneziyanın Bali adası yaxınlığında bərə batıb.
Mövcud məlumata əsasən, 4 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb. Göyərtədə ümumilikdə 65 nəfər olub, onlardan 31-ni xilas etmək mümkün olub.
Bu barədə məlumatı İndoneziyanın axtarış-xilasetmə agentliyi yayır.
Bərə Qərbi Yava əyalətindəki limandan Bali istiqamətində üzürdü.
Gəminin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvü olub.
Hadisə yerində axtarış əməliyyatı aparılır, güclü cərəyan və külək prosesi çətinləşdirir. Əməliyyata bir helikopter və 13 dalğıc qoşulub.
17 mindən çox adadan ibarət arxipelaq olan İndoneziyada bərə yayılmış nəqliyyat vasitəsidir.